Mərkəzi Bank hərracda satılan dolların həcmini açıqladı

22 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, hərracda tələb 59.9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

    Qeyd edək ki, bu göstərici ötən hərracdan 45% çoxdur. Belə ki, 17 avqustda keçirilən valyuta hərracında banklar 41.3 milyon dollar alış həyata keçirib.

    Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı