Tanınmış aparıcı Aytən Səfərovanın qızı Türkiyə universitetinə qəbul olub.
Mtebuat.az xəbər verir ki, aparıcı qızının Tekirdağ Namiq Kamal Universitetinin Psixologiya fakültəsinə daxil olduğunu canlı efirdə öyrənib.
Belə ki, Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli aparıcıdan onun pərəstişkarı olan abituriyentin qəbul xəbərini səsləndirməsini xahiş edib.
Qəbul olan şəxsin öz qızı olduğunu öyrənən aparıcı göz yaşlarını saxlaya bilməyib, kövrəlib.