Sabiq bələdiyyə sədri ev dustaqlığına buraxılıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən şəxsin vəkili vəsatətlərlə çıxış edib.

Vəkil Aytac Əliyevanın səhhəti ilə bağlı olaraq ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Məhkəmə heyəti vəsatəti təmin etməyib.

Proses oktyabrın 10-da davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı