​"Fənərbaxça" "Arsenal"ın futbolçusu üçün hərəkətə keçdi

"Fənərbaxça" transfer fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" "Arsenal"ın ulduz yarımmüdafiəçisi Albert Sami Lokonqanı transfer etməyə çalışır. Belçikalı futbolçu Albert Sami Lokonqanı transfer etmək üçün “Arsenal”la danışıqlar aparan Türkiyə təmsilçisi maddi məsələlərlə bağlı müzakirə aparır.

"Fənərbaxça" “Arsenal”a futbolçu üçün tələb olunan məbləğin miqdarı barədə müraciət göndərib.

“Arsenal” futbolçu üçün yüksək məbləğ tələb etməsə, “Fənərbaxça" rəsmi transfer təklifi göndərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR