"Qarabağ" bu gün "Olimpiya" ilə qarşılaşır

"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Sloveniya "Olimpiya"sı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

“Qarabağ” “Olimpiya” ilə 2018-ci ildə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində də qarşılaşıb və rəqibi üstələyin. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb, cavab oyunu heç-heçə (0:0) nəticələnib.

"Olimpiya" 2022/23 mövsümü Sloveniya çempionatının qalibi olub. Komanda bu mövsüm yarışdığı Çempionlar Liqasının 1 və 2-ci mərhələlərində müvafiq olaraq "Valmiera" (Latviya) və "Ludoqorets"i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. 3-cü mərhələdə isə "Qalatasaray"a uduzaraq Avropa Liqasında pley-off mərhələsinə düşüb və "Qarabağ"a rəqib olub. Komanda hazırda Sloveniya liqasında 4 oyundan 9 xalla 3-cü yeri tutur (lider "Selye" və ikinci pillədəki "Maribor"dan 1 xal geri qalır).

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 31-i keçiriləcək.

24 avqust

22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ"
Baş hakim:
Georgi Nikolov Kabakov (Bolqarıstan)
"Stozice" stadionu, Lyublyana


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı