Priqojinə məxsus təyyarə Bakıya gəldi - FOTO

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus ikinci təyyarə Bakıya uçub.

Metbuat.az bildirir ki, bununla bağlı məlumat "Flightradar24"də yer alıb. Priqojinin teleqram kanalı məsələ ilə bağlı açıqlama yayıb:

"RA-02748 nömrəli Embraer ERJ-135BJ “Legacy 650” təyyarəsi Vnukovo hava limanından havaya qalxıb".

Uçuş dünən axşam saatlarında olub, təyyarə hazırda Bakıdadır. Bu təyyarə avqustun 23-də Priqojinin uçduğu təyyarəni müşayiət edirdi.

Xatırladaq ki, Priqojin avqustun 23-də təyya qəzasında ölüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı