Fransadan növbəti təxribat: Qarabağa "yardım" göndərir

Fransa BMT Təhlükəsizlik Şurasına “Laçın dəhlizi”nin “bloku”nun açılması ilə bağlı qətnamə təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson yazıb.

O, bildirib ki, Paris və Fransanın əsas bölgələri gələn həftə Qarabağa çatdırılması üçün Ermənistana humanitar karvan göndərəcək.

"Le Figaro” yazır ki, Fransanın bir neçə siyasi xadimi təxminən on yük maşınından ibarət karvanı müşayiət etmək üçün Ermənistana gedəcək. Nəşrin məlumatına görə, İrəvana gedəcək heyətdə Paris meri Anne Hidalgonu yüksək səviyyəli nümayəndələri müşayiət edəcəklər.

Xatırladaq ki, Ermənistan avqustun 11-də BMT Təhlükəsizlik Şurasına müraciət edərək, guya Qarabağın tam blokadaya alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı fövqəladə sessiya çağırmağı xahiş edib. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının sessiyası keçirilib, lakin sessiyada çıxış edən ölkələrin mövqeyi nəticəsində qətnamə qəbul edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı