Azərbaycanda avtomobil benzininin istehsalı artıb

Azərbaycanda avtomobil benzininin istehsalı 29,8 faiz artıb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 598,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63,1 faiz, neft koksunun istehsalı 46,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı 25,5 faiz artmış, neft bitumu istehsalı 39,7 faiz, mazut istehsalı isə 94,0 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR