Ermənilər Xankəndində separatçıların qondarma “hökumət evi”nə silahlı basqın ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Qeyd edilib ki, hücumda məqsəd separatçıların "lideri" Arayik Arutyunyandan “humanitar vəziyyətin həllini” tələb etmək olub.
Hücum edən iki nəfər saxlanılıb.