Dünya bazarlarında Azərbaycan neftinin qiyməti

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti dəyişməyərək 88,56 ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, qiymətin sabit qalmasına səbəb Böyük Britaniyada ənənəvi Bank Bayramının keçirilməsidir. Belə ki, hər il avqustun sonuncu bazar ertəsi bu ölkədə adıçəkilən bayram təşkil edilir və nəticədə həmin gün qeyri-iş günü olur. Bu il isə həmin bayram 28 avqust tarixinə düşüb.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 83,87 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı