Paşinyan 5 naziri vəzifəsindən göndərir - KİV

Ermənistanın baş naziri Nikol Paşinyan 5 naziri vəzifələrindən göndərir.

Metbuat.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. Qeyd edilib ki, həmin vəzifəli şəxslərin bəziləri iş vəzifələrini düzgün yerinə yetirmədiklərinə görə, bəziləri isə korrupsiyaya əl atıblar.

Nəşr nazirlərin adlarının da açıqlayıb. Onlar qtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan, ətraf mühit naziri Akop Simidyan, ədliyyə naziri Qriqor Minasyan, sosial təminat naziri Narek Mkrtçyan, həmçinin BTA naziri Robert Xaçatryandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı