Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Müsabiqədə uğur qazanan namizədlərin peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesi avqustun 30-dək davam edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu prosesində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri də iştirak edirlər. Ödənişli əsaslara peşə təhsili almaq hüququ qazanmış tələbələrə təhsil tələbə kreditinin yaratdığı imkanlar haqqında məlumat verilir, müraciət prosesi valideyn və tələbələrə izah olunur.

Namizədin göstərilən tarixədək sənədlərini qəbul olunduğu peşə məktəbinə təqdim etməməsi həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı