​"Fənərbaxça"nın sabiq futbolçusu Avropa nəhənginə doğru

"Fənərbaxça"dan "Auqsburq"a keçən Mergim Berişa üçün Dortmund "Borussiya"sı hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Auqsburq" bu transfer üçün "Borussiya Dortmund”dan azı 15 milyon avro tələb edir. Futbolçu “Borussiya Dortmund”a keçməyə razılıq verib. Tərəflər arasında detallar razılaşdırılıb.

"Borussiya Dortmund” transferi reallaşdırmaq üçün "Auqsburq"un tələb etdiyi məbləği ödəməlidir. Qeyd edək ki, “Auqsburq” Mergim Berişanı ötən mövsüm "Fənərbaxça"dan icarəyə götürüb.

Ardınca “Auqsburq” müqavilədəki birdəfəlik almaq hüququndan istifadə edərək, futbolçunu 4 milyon avroya alıb. “Auqsburq”la 26 matça çıxan Berişa 9 qol vurub, 4 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR