Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR