Priqojin buna görə gizlin dəfn edilib

“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin gizli dəfn edilməsinin səbəbi Kremlin onunla bağlı xatirələri silmək istəməsidir.

Metbuat xəbər verir ki, bunu rus jurnalist İqor Yakovenko deyib. O bildirib ki, dəfnin yayımlanmasının qarşısını almaq üçün belə bir addım atılıb:

"Bir il yarım ərzində “böyük vətənpərvər komandir” Priqojin və onun “möcüzəvi cəngavərləri” mifi həqiqətən də hansısa rusların beyninə daxil olmuşdu”.

Qeyd edək ki, 23 avqustda Tver vilayətində təyyarə qəzasında ölən Priqojin ötən gün gizli şəkildə dəfn edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı