Azərbaycan XİN Türkiyəni Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi və xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Zəfər Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, onlar bu barədə rəsmi “Twitter“ hesablarında paylaşım ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov bu günü Türkiyənin qəhrəmanlıq təcəssümü adlandırıb: “Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur. Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram”.

Xarici İşlər Nazirliyinin paylaşımında isə 30 avqust İstiqlal savaşının taleyinin həll olunduğu gün kimi vurğulanıb:
“Qardaş tarixinin şanlı səhifələrindən biri olan, İstiqlal savaşının taleyini həll edən 30 avqust Zəfərinin 101-ci ildönümündə, bu qələbənin memarları olan Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmətlə anırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı