Sülhməramlılar Bakıdan göndərilən yükün buraxılmasını istəyir

Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif edib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qarabağdakı daşnakların başçısı David İşxanyan bildirib. Lakin Qarabağdakı separatçı dəstə bunu qəbul etməyib.

Onun sözlərinə Bakıdan göndərilən humanitar yükün Xankəndiyə buraxılması məsələsi dünən Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə olunub, lakin danışıqlar nəticə verməyib.

David İşxanyan həmçinin qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin təzə komandanının Qarabağa yeni gəldiyini, vəziyyətlə yaxından tanış olmadığını da bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı