"Azərbaycan Hava Yolları" QSC (AZAL) və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") tabeliyindəki “YAŞAT” Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Metbuat.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, sənədi səhmdar cəmiyyətinin I vitse-prezidenti Samir Rzayev və Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.
Memorandum Fondun reallaşdırdığı sosial layihələrə AZAL-ın dəstək verməsini nəzərdə tutur.