Bakı Limanı vasitəsi ilə 7 ayda 4 mindən çox minik avtomobili daşınıb

Bu ilin yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə 4 002 ədəd minik avtomobili daşınıb.

Metbuat.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bunun 768-i iyul ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

Yükaşırmada bu müsbət tendesiyanın qarşıdakı ayalarda da davam edəcəyi pronozlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR