Bu gün daha bir qrup müəllim imtahan verəcək

Bu gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər sertifikatlaşdırmanın test imtahanı mərhələsinə cəlb olunacaqlar.

Metbuat.az Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, imtahan iki mərhələdə keçiriləcək.

Ümumilikdən 2800-dən çox müəllimin prosesdə iştirakı gözlənilir.

Qeyd edək ki, sertifikatlaşdırmanın müsahibə mərhələsi isə onlayn formatda təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR