Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərini də əhatə etməsinin vacibliyi ilə bağlı bəyanat verib.
Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
"M.Rotdan Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinməyi tələb edirik. Mihael Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul apardığı ərazilərin əksəri vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir. Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır" - bəyanatda bildirilib.