Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayədə heyəti ilə birgə Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyuraq, xatirəsinə ehtiram nümayiş etdiriblər.
General-polkovnik Z.Həsənov "Xatirə kitabı"na ürək sözlərini yazıb.
Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.