Bu universitetlərdə ballar aşağı düşüb - Ekspertdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Qəbul nəticələrinin məlum olmasından sonra bəzi ixtisaslara keçid ballarının aşağı düşdüyü məlum olub.

Metbuat.az-a açıqlamasından təhsil eksperti Adil Vəliyev bildirib ki, bu il I qrupda ballar aşağı düşüb, III qrupda elə də ciddi dəyişiklik baş verməyib:

"Bu il ilk dəfə olaraq birinci qrupda informatika kimyaya aid ixtisaslar bir-birindən ayrıldı. Statistikaya nəzər yetirəndə biz artıq bilirdik ki, informatikaya aid olan ixtisaslarda ballarda kütləvi şəkildə enmələr olacaq, elə də oldu. İkinci qrupda bu il yenə əvvəlki ilə baxanda gözlənilirdi ki, minimum baldan bir az daha yüksək bal toplayan, hətta minimum balı belə toplayan abituriyentlər tələbatını qazana biləcək. Hətta subbakalavrların da bir çoxu tələbə adını qazana biləcək.

III qrupda bu il vəziyyət demək olar ki, keçənilki kimi oldu. Bəzi ixtisas ballarında cüzi enmələr oldu. Qalan ixtisaslarda bal aşağı-yuxarı keçənili kimi oldu. Məsələn, bu il subbakalavr müəllimlik ixtisasına qəbul olanlar da oldu. Dördüncü qrupda da ballarda enmələr gözlənilirdi. Hətta tibb ixtisası üçün ballarda enmələr olacağı bilirnirdi o da oldu".

Ekspert bildirib ki, balların enməsi təbii ki, abituriyentlərin nəticələri ilə əlaqəlidir:

"Balların enməsi abituriyentlərin ixtisas seçimində hansı universitetləri, hansı ixtisası seçmələrilə əlaqədardır. Çünki bəzi ixtisaslar var ki, o ixtisaslara müraciət çox olduqda ballar da yüksək olur. Məsələn, biz Ali Nef Məktəbində gördük ki, riyaziyyat, informatika ixtisaslarında ballar demək olar ki, keçənilki kimi yenə aşağı-yuxarı eyni qalıb. Bundan başqa, məsələn, ADA universiteti balların stabilliyini saxlayır. Amma Neft Sənaye Universitetində, Bakı Mühəndislik Universitetində gördük ki, ballar kifayət qədər aşağı düşüb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı