"Qalatasaray" Sacha Boey üçün təklif alıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, təklifin 24 milyon avro olduğu bildirilir. Məlumata görə, "Qalatasaray" təklifi rədd edib. Bildirilir ki, klub rəhbərliyi komandanın Çempionlar Liqasında iştirakını nəzərə alaraq, 22 yaşlı futbolçunun dəyərinin daha da artacağını hesab edir. Bir neçə klubdan futbolçu üçün təklif olduğu deyilir.
Qeyd edək ki, 2021-ci ildə "Renn"dən 1,15 milyon avroya alınan Sacha Boey "Qalatasaray"da 60 oyun keçirib. Fransız futbolçu bu matçlarda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.