Adı "Sabah"la çəkilən futbolçu Reziuan Mirzov "Neftçi" ilə anlaşıb.
Metbuat.az "Offsideplus.az"a istinadən xəbər verir ki, 30 yaşlı rusiyalı sol cinah hücumçusu "Neftçi" ilə müqavilənin bütün şərtlərində razılığa gəlib.
Kabardin mənşəli futbolçu tezliklə "Neftçi" ilə rəsmi müqaviləyə qol çəkəcək. Bu futbolçu sərbəst olduğundan, onun transferi "Neftçi"yə pulsuz başa gəlib.
Qeyd edək ki, Reziuan Mirzov 2019-2022-ci illərdə Moskva "Spartak"ında çıxış edib. Onun ötən mövsüm son klubu "Ximki" olub. Futbolçu ilk dəfə ölkəsindən kənarda legioner həyatı yaşayacaq.