Hikmət Abbasovun yerinə polkovnik təyin edildi

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Metbuat.az Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı