Bakıda gecə klublarının aparıcısı Darviş Fəhmi həbs edilib? - AÇIQLAMA

Gecə klublarının ərəbəsilli aparıcısı Basem Darviş Fəhminin bir müddət əvvəl həbs olunduğu iddia edilib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, onun həbsinə səbəb qadın alveri ilə məşğul olması, gecə klublarını qanunsuz işlətməsi və ailəsinə qarşı amansız davranmasıdır.

Metbuat.az "Oxu.az"a istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, III dərəcəli miqrasiya xidməti qulluqçusu Natəvan Bayramova Basem Darviş Fəhmi adlı şəxsin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində saxlanılmadığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı