Prezidentlərin nahar menyusunun görüntüsü yayıldı - FOTO

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə işgüzar nahar zamanı yediyi yeməklər məlum olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Kreml pulu” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, liderlərin nahar menyusunda hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat soslu qırmızı kefal balığı, mal ətli xarço supu, göbələk soslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası olub.

Desert kimi isə Putin və Ərdoğana “quş südü” (ptiçye moloko) təqdim olunub.

Xatırladaq ki, Putin və Ərdoğan bu gün Soçidə görüş keçiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı