Snoop Doqdan Azərbaycana qarşı təxribat - FOTO

Məşhur reper Snoop Doq sentyabrın 23-də İrəvanda konsert verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə o instaqram hesabında məlumat yayıb. Snop Azərbaycanın Qarabağ iqtisadi rayonunu qondarma “Artsax” adı ilə adlandırıb:

"Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, Qarabağda və bütün dünyada yaşayan bütün ermənilərə öz sevgimi bildirirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı diləyirəm. Sentyabrın 23-də gələcəyəm”, - deyə Snoop Doq paylaşımında yazıb.

Erməni KİV-i qeyd edir ki, reperin İrəvandakı konserti Ermənistana baha başa gəlib. Konsertə 6 milyon dollarda çox vəsait ayrıldığı bildirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR