Taksi sürücülərinə şəhadətnamələr təqdim olundu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində təlimlərdə iştirak edərək imtahandan müvəffəqiyyətlə keçən taksi sürücülərinə bu gün şəhadətnamələr təqdim olunub.

Metbuat.az AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Sürücü sayını nəzərə alaraq və tədris prosesini sürətləndirmək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində də təlimlərə başlanılıb. Bu təlimlərdə iştirak etmək istəyənlər isə qeydiyyat üçün https://forms.office.com/r/F8K5hMJsSH elektron ünvanına müraciət edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı