Vatsap tam dəyişir: Yeni versiya belə olacaq - FOTO

Vatsapın “Android” və "iOS"da interfeysinin dizaynı yenilənir.

Metbuat.az xəbər verir ki, bu barədə messencerdə yeniliklərin təhlili üzrə ixtisaslaşan “WABetaInfo” portalı məlumat yayıb.

Vatsapda yeni interfeys 2.23.13.16 beta versiyasında aşkar edilib. Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl “WhatsApp” yazısı görünəcək.

Messencerin yeni versiyasında “Söhbətlər”, “Status” və “Zənglər” tabları aşağı naviqasiya panelinə köçürülüb və orada “İcmalar” bölməsi əlavə edilib.

Belə bir naviqasiya paneli ilk dəfə vatsapın beta versiyasında hələ iyun ayında görünsə də, hələ messencerin sabit quruluşlarında görünməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR