Kəbə ziyarətinə gedən şəxslər Ronaldoya görə həbsə düşdü - İLGİNC OLAY

Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedən iki kürd iş adamı saxlanılıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, iş adamları Kriştiano Ronaldonu izləmək üçün “Əl-Nəssr”in Taif şəhərindəki oyununa gediblər. Lakin onlar orada polis tərəfindən nəzarətə götürülüblər.

Bildirilir ki, hadisə ötən ay baş versə də, indi mətbuatda dərc edilib. İraq Kürdüstan Regional Rəhbərliyinin Həcc və Ümrə İşləri idarəsindən verilən məlumata görə, saxlanılan iş adamları Məkkəyə tur təşkil edən şirkətin sahibləri olub.

Onlar oyun zamanı tribunadakı rəsmilərin şəkillərini çəkdiklərinə görə saxlanılıblar. Məlumata görə, rəsmilərin stadionda şəkillərini çəkmək qadağandır. Hələlik nəzarət altından olan şəxslərin sərbəst buraxılacağı deyilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR