Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib:
"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu".