Deputatın partiyası ilə bağlı qərar verildi

Ədliyyə Nazirliyi Milli Cəbhə Partiyasının yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə MCP-nin sədri, deputat Razi Nurullayev məlumat yayıb.

O bildirilib ki, nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Bundan əvvəl Vətəndaş Həmrəyliyi Partiyası (VHP), AĞ Partiyası, Ümid Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası (MDH), Ana Vətən Partiyası, dövlət qeydiyyatına alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR