Şolts sammitə bir gözü bağlı halda qatıldı

Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammit başlayıb.

Metbuat.az xəbər verir ki, 2 gün davam edən iclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.

Liderlərin çıxışı başlayıb. Təşkilata daxil olan Almaniyanı kansler Olaf Şolts təmsil edib. O, idman zamanı aldığı xəsarətdən dolayı bir gözü qapalı şəkildə iclasa qatılıb.

Qeyd edə ki, Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı