"Ermənistanın KTMT ilə yox, ABŞ-la təlimləri ciddi təhlil tələb edir" - Peskov

"Ermənistan hökumətinin KTMT ilə yox, ABŞ-la hərbi təlimlər keçirməsi ciddi təhlil tələb edir. Moskva bunu İrəvanla birlikdə edəcək".

Metbuat.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi ilə bağlı Kremlə heç bir rəsmi siqnal daxil olmayıb:

"Moskva da Ermənistanın özündən olan qərbyönlü analitiklər də daxil olmaqla, bu mövzuda çoxlu müzakirələr aparıb".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı