Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili Xankəndinə çatıb

Rusiya Qızıl Xaç Cəmiyyəti (QXC) tərəfindən göndərilən yük Xankəndinə çatıb.

Metbuat.az xəbər verir ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə gedib.

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postundan keçərək Xankəndinə gedib.

Xatırladaq ki, yük avtomobilinin keçidi üç gündür gecikdirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı