Azərbaycan bu il xalis maliyyə aktivlərini 10 milyon dollar azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xalis maliyyə aktivləri 10 milyon ABŞ dolları məbləğində azalıb.

Metbuat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 2022-ci ilin eyni dövründə xalis maliyyə aktivləri 3 milyard 376,3 milyon ABŞ dolları artıb.

Builki azalma xaricə yönəldilmiş birbaşa investisiyaların 102,5 milyon ABŞ dolları azalması (əvvəlki ilin eyni dövründə 62,8 milyon ABŞ dolları artım olub), portfel investisiyalarının 500,6 milyon ABŞ dolları artması (280,5 milyon ABŞ dolları artım olub), digər investisiyaların isə 408,1 milyon ABŞ dolları azalması (3 milyard 033 milyon ABŞ dolları artım olub) hesabına baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı