Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətində “Vostoçnıy” kosmodromunda görüşüblər.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, iki lider arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar gözlənilir.
Qeyd edək ki, Şimali Koreya lideri Putinin dəvəti ilə sentyabrın 12-si Rusiyaya səfər edib.