“Real Madrid” Kilian Mbappe üçün büdcəni hazırlayıb.
Metbuat.az xəbər verir ki, “Real” cari mövsümün sonuna qədər Mbappe ilə ilkin müqavilə imzalamaq istəyir. “Sport”un xəbərinə görə, "Real Madrid" Kilian Mbappe üçün 200 milyon avro büdcə hazırlayıb. Bu məbləğ fransız ulduzun maaşını və imza haqqını ödəmək üçün istifadə olunacaq.
Qeyd edək ki, Mbappenin müqaviləsi gələn mövsümün sonunda başa çatacağı üçün o klubdan azad agent kimi ayrıla bilər. PSJ isə Mbappe ilə yeni müqavilə imzalayaraq onun satışından gəlir əldə etmək istəyir. Mabppe PSJ-də xoşbəxt olduğunu bildirsə də, müqaviləsini yeniləməyib.