"PSJ" və "İnter"in sabiq forvardı Azərbaycan klubunda

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az bildirir ki, Masazır təmsilçisi Əlcəzair millisinin sabiq üzvü İshak Belfodillə anlaşıb. Zəngin karyeraya sahib 31 yaşlı forvard futbola Fransa nəhəngi PSJ-də başlayıb.

O, karyerası ərzində "Lion" (Fransa), "İnter", "Parma" (İtaliya), "Herta", "Verder" (Almaniya) kimi böyük klubların şərəfin qoruyub.

Peşəkar karyerasında meydana çıxdığı 311 matçda 76 qol, 35 asistlə yadda qalıb.

Hazırda azad agent olan hücumçu təmsilçimizə pulsuz başa gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı