"Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma olmayacaq" - İran MN

Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə hərbi qarşıdurma baş verməyəcək.

Metbuat.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmmədrza Aştiyani deyib.

“Biz Qafqazda müharibə olmayacağına inanırıq və bu məsələdə İranın mövqeyini açıq şəkildə bəyan etmişik. Biz dövlətlərarası sərhədlərin dəyişdirilməsini qəbul etmirik, yaxın gələcəkdə regionda ciddi heç nə baş verməyəcəyinə inanırıq”, - nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı