MDB ölkələrinin nümayəndə heyətləri Azərbaycana gəlib

MDB-nin İcraiyyə Komitəsi və MDB Baş Prokurorları Əlaqələndirmə Şurasının nümayəndə heyətləri Azərbaycana gəlib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Bakıda MDB Baş Prokurorları Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclası keçiriləcək. Qonaqlar da Baş prokuror Kamran Əliyevin dəvətilə həmin tədbirdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəliblər.

Baş prokurorla nümayəndə heyətinin rəhbərləri - İqor Malaşeviç və Vladimir Zimin arasında baş tutan ikitərəfli görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlət arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılıb.

Baş prokuror Azərbaycanın MDB çərçivəsində aktiv iştirak etdiyini, ölkəmizin bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr qurduğunu bildirərək, bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsinin qarşılıqlı etimadın artmasına müsbət təsir göstərdiyini vurğulayıb.

İqor Malaşeviç və Vladimir Zimin təmsil etdikləri qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirak etməklə daim təşkilatın işinə öz töhfəsini verdiyini bildiriblər.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin səmərəliliyi üzrə faydalı fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı