"Neftçi"nin yeni hücumçu hədəfi - Bu il 4 oyuna çıxıb

Dünən argentinalı hücumçu Lukas Melano ilə 2 illik (1+1) müqavilə imzalayan «Neftçi» daha bir transfer edə bilər.

Metbuat.az "Sportinfo"ya istinadən bildirir ki, Aleksa Vukanoviçin «ağ-qaralar»ın bu yay sıralarına qatacağı 12-ci futbolçu olmaq ehtimalı yaranıb. Paytaxt təmsilçisi serbiyalı hücumçu ilə intensiv danışıqlara başlayıb. «Herceqovac Qajdobra»nın yetirməsi hazırda azad agent statusu daşıyır.

31 yaşlı forvard ötən illər ərzində yerli «Kelarevo», «Backa», «Napredak Krusevac» və «Red Star Belgrad»ın formasını geyinib. 2022-ci ildə Çindən gələn təklifi qəbul edib və «Meyzu Hakka»ya yollanıb.

Bu ilin əvvəlində isə Qətərə üz tutub və «Umm Salal»la müqavilə imzalayıb. Balkanlı legoner geridə qalan müddətdə cəmi 4 oyuna çıxıb və 1 qol vurub.

“Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR