Gürcüstanın Gəncədəki baş konsulunun diplomatik fəaliyyəti başa çatdı

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın bu şəhərdəki baş konsulu Nikoloz İaşvilini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Metbuat.az xəbər verir ki, N.Bayramov N.İaşvilinin diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərin yüksək qiymətləndirildiyini söyləyib.

Şəhər rəhbəri konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nikoloz İaşvili, öz növbəsində, Niyazi Bayramova səmimi görüşə görə minnətdarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Görüşdə Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop da iştirak edib.

Qeyd edək ki, N.İaşvili 2019-cu ildən Gürcüstanın Gəncədəki baş konsulu idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı