Türkiyə klubundan Balotelli bombası - Bu komandanı istəyir

İsveçrənin “Sion” komandasının futbolçusu Mario Balotelli Türkiyə klubuna transfer olur.

Metbuat.az xəbər verir ki, Mario Balotelli axtardığı xoşbəxtliyi İsveçrədə tapa bilmədiyi üçün yenidən Türkiyəyə qayıtmaq istəyir. Məlumata görə, "Adana Dəmirspor" Balotellini yenidən transfer etməyə çalışır. Bildirilir ki, Çerif Ndiaye "Srvena Zvezda"ya transfer olunduqdan sonra "Adana Dəmirspor"da hücumçu zonasına transfer ehtiyacı yaranıb.

Qeyd edək ki, “Transfermarket”ə görə dəyəri 1,5 milyon avro olaraq göstərilən Balotelli 2021-2022 mövsümündə "Adana Dəmirspor"da çıxış edib və 35 matçda 19 qol vurub, 7 məhsuldar ötürmə edib. 33 yaşlı futbolçu ötən mövsüm "Adana Dəmirspor"dan 2,6 milyon avro qarşılığında "Sion"a transfer olunub. "Sion"da Mario Balotelli heyətdən uzaqlaşdırılmışdı. “Sion” 33 yaşlı futbolçunu Səudiyyə Ərəbistanı klubuna satmaq üçün çalışırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR