​Azərbaycanda koronavirusun "Eris" variantı aşkarlanıb? - RƏSMİ CAVAB

Azərbaycanda koronavirusun "Eris"variantının olması barədə rəsmi məlumat yoxdur.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, koronavirusun dünyada sürətlə yayılan "Eris" variantı artıq Türkiyədə də aşkarlanıb.

"Omicron”un alt variantı olan və EG.5.1 kimi tanınan "Eris” virusunun simptomları "Omicron”a bənzər simptomlar göstərsə də, burun axması, baş ağrısı, yorğunluq və boğaz ağrısı simptomlar arasında ilk sıradadır. Ən çox görülən simptom dad və qoxu itkisidir. Dünyanın 50-dən çox ölkəsində aşkar edilib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı