Azərbaycan bu il elektrik enerjisinin istehsalını artırıb

Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 mln. kVt-saat artaraq 19 245,2 mln. kVt-saat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 mln. kVt-saat artaraq 19 245,2 mln. kVt-saat, ixrac 1 530,6 mln. kVt-saat, idxal isə 169.3 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.

Məlumata görə, yanvar-avqust aylarında İstilik Elektrik Stansiyaları üzrə 17 714,1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 531,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı