Sönmüş vulkanda dünyanın ən böyük sərvəti tapıldı

Nevada və Oreqon arasındakı ərazidə yerləşən Caldera sönmüş vulkanında nəhəng litium ehtiyatının olduğu deyilir.

Metbuat.az xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc edilən məqalədə deyilir. Məlumata görə, litium ehtiyatının 20 ilə 40 milyon ton arasında olduğu irəli sürülür. Məqalədə deyilir ki, avtomobil istehsalçıları üçün qızıl dəyərində hesab edilən litium ehtiyatları getdikcə daha qiymətli olur. İş o yerə çatıb ki, bəzi ekspertlər neftdə olduğu kimi gələcəkdə litiumla bağlı siyasi böhranların və hətta müharibələrin baş verə biləcəyi qənaətindədirlər. Litium ehtiyatlarına görə Boliviya 39 milyon tonla dünyada birinci, Çili 19,9 milyon tonla ikinci, Argentina isə 12 milyon tonla üçüncü yerdədir. Lakin yeni bir araşdırma göstərir ki, dünyada ən böyük litium yatağı əslində ABŞ-da ola bilər.

Qeyd edək ki, Caldera vulkanı 16 milyon əvvəl püskürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı