Həyat yoldaşının ölümünə səbəb olan tanınmış şəxs imiş - FOTO

Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, “Lexus” markalı avtomobillə ağır qəza törədən 1986-cı il təvəllüdlü Elmar Allahverdiyev tanınmış şəxsdir. Belə ki, E.Allahverdiyev keçmiş hərbçidir və ali təhsilli kəşfiyyatçı olub. Aprel döyüşlərinda iştirak etmiş Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib və dəhşətli işgəncələrə məruz qalıb. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı Elmar Allahverdiyev spirtli içkinin təsiri altında olub. Onun avtomobili yüksək sürətlə idarə etməsi də müəyyənlşib.

Həmçinin o da məlum olub ki, qəzada vəfat edən 1994-cü il təvəllüdlü R.Allahverdiyeva Elmar Allahverdiyevin həyat yoldaşıdır. Hadisədə onun 2 övladı və digər qohumu da müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR